Türkiyə əhalisinin sayı 83,6 milyonu ötdü

2020-ci ildə Türkiyənin əhalisi 459 365 nəfər artıb.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, ölkə əhalisinin sayı 83 614 362 nəfərə çatıb.
Məlumata görə, əhalinin 50,1 %-i kişilər, 49,9 %-i isə qadınlar təşkil edib.
Qeyd olunub ki, 2019-cu ildə illik əhali artımı mində 13,9 nəfər olsa da, bu rəqəm 2020-ci ildə mində 5,5-ə geriləyib.