Tramp Ukraynanın bir hissəsini Rusiyaya verməyə hazır olduğunu bildirdi
ABŞ-ın 45-ci prezidenti Donald Tramp Rusiyanın Ukrayna ərazisinin bir hissəsini ələ keçirməsinə “icazə verməklə” Rusiyanın Ukraynaya qarşı “müharibəsini dayandıra biləcəyini” iddia edib.
Bu barədə “The Daily Beast” məlumat yayıb.
Nəşrin məlumatına görə, Trampın “Fox News”un aparıcısı və onun çoxdankı “sirdaşı” Şon Hanniti ilə radio müsahibəsində bu ifadələrin yer aldığı fraqmentin kanalda yayımlanmasına icazə verilməyib.
Tramp bildirib ki, seçkilərdə uduzmasaydı, Rusiya genişmiqyaslı müharibəyə başlamazdı və onun prezidentliyi dövründə Rusiya prezidenti Putin “heç nə ələ keçirə bilməyib”. ABŞ-ın 45-ci prezidentinin sözlərinə görə, “ən pis halda” o, “rusdilli” olan bəzi Ukrayna ərazilərini “verməyə razı ola bilərdi”.
“The Daily Beast” xəbər verir ki, Fox News müsahibənin Trampın müharibəni “dayandıra biləcəyi” ilə öyündüyü, lakin “Mən danışıqlar apara bilərdim” sözlərindən sonra “planı” haqqında danışdığı fraqmenti kəsdiyindən yayımlamayıb.
Tramp daha əvvəl Rusiyanın genişmiqyaslı işğala başlamasının qarşısını almaq üçün Ukraynanın Krımdan və NATO-dan “əl çəkməli” olduğunu iddia edib.\\Qaynarinfo