22 Noyabr 2024

Tramp ona qarşı verilən ittihamı ” cadugər ovu” adlandırıb

CNN -ə istinadən Media1.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp aktiv fırıldaqçılığı ilə bağlı məhkəmə prosesində yekun bəyanatla çıxış edib.

Tramp bu işi “cadugər ovu” adlandırıb və hər hansı qanun pozuntusunu rədd edib. “Faktlar belədir: maliyyə hesabatları qüsursuzdur və əleyhimizə heç bir şahid yoxdur. Banklara bütün pulları ödənilib”, – eks-prezident bildirib.

O, həmçinin “prezidentliyə namizəd olan bir adam” tərəfindən sıxışdırıldığını bildirib. “Onlar əmin olmaq istəyirlər ki, mənim bir daha qalib gələ bilməyəcəm, bu qismən seçkiyə müdaxilədir” dedi. Bundan əlavə, Tramp bildirib ki, hakim Artur Engoronun “öz gündəmi var” və o, belə“başa düşür”. Enqoron siyasətçinin vəkilindən “müvəkkilini nəzarətdə saxlamağı” xahiş edib.

Eksprezidentə qarşı irəli sürülən ittiham Trumpa məxsus təşkilatının kreditlər və sığorta üzrə daha əlverişli şərtlər əldə etmək üçün aktivlərin dəyərini təhrif etdiyi iddiası ilə Nyu-York əyalət prokurorlarının 2022-ci ilin sentyabrında verdiyi iddiadan irəli gəlir.

27 sentyabr 2023-cü ildə Nyu-York məhkəməsi ABŞ-ın keçmiş prezidentini bu işdə dələduzluqda təqsirli bilib. Trampın daşınmaz əmlak şirkəti və onun iki yetkin oğlu da iddiada cavabdehdir. Onlar 2011-2021-ci illər arasında banklar və sığortaçılarla əməkdaşlıq edərkən daha sərfəli şərtlər əldə etmək üçün eks-prezidentin ən böyük aktivlərinin dəyərini süni şəkildə artırmaqda ittiham olunublar.