22 Noyabr 2024

Tramp Nobel Sülh Mükafatına namizəd göstərilib

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.

Musavat.com Fox News-a istinadən xəbər verir ki, təşəbbüs Respublikaçılar partiyasından olan siyasətçi, Nümayəndələr Palatasının üzvü Klaudiya Tenni tərəfindən qaldırılıb. Onun fikrincə, belə bir mükafata namizədliyin əsası 2020-ci ildə bağlanmış “Avraam sazişləri”nin imzalanmasının təşviqidir. Söhbət İsrail, BƏƏ və Bəhreynin əldə etdiyi razılaşmalardan gedir.

Tenni deyib ki, keçmiş Amerika liderinin bu sahədəki səyləri hələ də Nobel komitəsi tərəfindən lazımi qiymət almayıb.

2021-ci ilin fevralında Avropa Parlamentinin estoniyalı üzvü Yaak Madison da Trampı Nobel Sülh Mükafatına namizəd göstərib. Madison izah edib ki, siyasətçi ABŞ-ın son 30 ildə yeni müharibələrə başlamayan ilk prezidenti olub.