21 Noyabr 2024

Tovuzda qətl törədilib

Tovuz rayonunda qətl hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, Gədəbəy rayon Əmiraslanlı kənd sakini,1994-cü il təvəllüdlü Məmmədov İlqar Zülfüqar oğlu Tovuz rayon Həsənli kənd sakini, 1990-cı il təvəllüdlü Əhmədəov Elvin Submat oğlu tərəfindən qətlə yetirilib.

Hadisənin içki məclisindən sonra yaranmış mübahisə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.