02 İyul 2025

Tik-tok istifadəçilərinin NƏZƏRİNƏ: Yeni funksiya istifadəyə verildi

Məşhur sosial platformalardan biri olan TikTok-da yeni funksiya istifadəyə verilib.

Media1.az xəbər verir ki, tətbiqin bu yeniliyində TikTok-un hekayə bölümündəki kontentləri birbaşa feysbukun və instaqramın “hekayə” bölmələrinə də köçürmək mümkündür.

Sözügedən funksiya hazırda “Android”in beta versiyasında işləyir. Bu yenilik tezliklə bütün istifadəçilər üçün əlçatan olacaq.