Tiflisdə müxalifət 9 gündür etiraz edirVİDEO
Tiflisdə müxalifət qüvvələrinin hakimiyyətin Gürcüstanın 2028-ci ilə qədər Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarını gündəmdən çıxarmaq qərarına qarşı etirazları 9-cu gündür ki, davam edir.
Musavat.com xəbər verir ki, Gürcüstan parlamentinin binası ətrafında polis səfərbər olunub. Hazırda ərazidə xüsusi təyinatlı qüvvələr, su şırnaqları və xüsusi texnika görünmür.
Rustaveli prospektində nəqliyyatın hərəkəti tamamilə dayandırılıb. Prospektin mərkəzi hissəsində sakitlik hökm sürür, heç bir insident qeydə alınmayıb.
Müxalifət nümayəndələri bu addımı hakimiyyətin Aİ ilə əlaqələrin dondurulması cəhdi kimi qiymətləndirir və Gürcüstanın Avropa perspektivlərini dəstəkləmək üçün daha aktiv fəaliyyət tələb edir. Etirazların nə qədər davam edəcəyi hələlik bəlli deyil.