Tiflisdə keçirilən etiraz aksiyası başa çatıb
Tbilisidə parlament binası qarşısında keçirilən etiraz aksiyası insidentsiz başa çatıb.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, təşkilatçılar aksiya iştirakçılarını sabah saat 11:00-da yenidən parlament binasına toplaşmağa çağırıblar.
Qeyd edək ki, bu gün saat 12:00-da Gürcüstan parlamentinin plenar sessiyası keçiriləcək.