Tibbi aksiya keçirilib

Astara Rayon İcra Hakimiyyətinin növbəti təşəbbüsü Rayon Mərkəzi Xəstəxanasında baş tutdu. Belə ki, sağlamlıq ocağında tibbi aksiya keçirildi. Medaura Klinikasının həkim-cərrahı Mirəzim Zaidovun rəhbərlik etdiyi həkim briqadası tərəfindən rayonun şəhid ailələrin, qazilərin və müharibə iştirakçılarının övladları müayinə olundular, bir qrupu da sünnət edildı.
Ümumilikdə aksiya çərçivəsində bir gündə xəstəxanada 63 uşağa nümunəvi tibbi xidmət göstərildi. Bu xeyirxah, nəcib əmələ görə aksiya iştirakçıları rayon rəhbərliyinə və həkim heyətinə səmimi qəlbdən öz minnətdarlığını bildirdilər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü