29 Mart 2024

The Guardian: Rusiyanın Ukraynaya raket zərbələri nüvə fəlakətinə səbəb ola bilər

Noyabrın 23-də Rusiyanın endirdiyi zərbələr nəticəsində Ukraynada dörd atom elektrik stansiyasının əsas enerji təchizatı itdi və bu, onların fövqəladə rejimə keçməsinə səbəb olur. Rusiyanın Ukraynanın enerji sisteminə davamlı hücumlarının atom elektrik stansiyalarının təhlükəsizliyini təhdid etməsi ilə bağlı dünyada qorxular artır.

APA xəbər verir ki, bu barədə “The Guardian“ yazır.

Qəzet bildirir ki, Avropanın ən böyük atom elektrik stansiyası, Rusiya qoşunlarının hələ 2022-ci ilin martında tammiqyaslı əməliyyata başlamasından sonra ələ keçirdikləri Zaporijye atom elektrik stansiyası, ətrafının tez-tez atəşə tutulması fonunda sentyabr ayından şəbəkədən çıxarılıb. Ukraynanın daha üç atom elektrik stansiyası – Rivne, Cənubi Ukrayna və Xmelnitski – Rusiyanın son raket zərbələrinin birbaşa hədəfi olmasa da, onların təhlükəsizliyi təhdid altındadır.