23 Dekabr 2024

Tərtərdə vətəndaşların müraciətləri diqqət mərkəzindədir

Tərtər Rayon İcra Hakimiyyətində həftə ərzində vətəndaşlar qəbul edilir, onların problemlərinin həlli istiqamətində əməli addımlar atılır. Qəbullarda Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri ilə yanaşı YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov da iştirak edir.

Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapır. Araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilir. Keçirilən bütün qəbullarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğu təmin edilir.

Məlumat üçün bildiririk ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə yaxınlaşaraq, Tərtər Rayon İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, habelə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Hüquq, Memarlıq və tikinti, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri üzrə qəbul günləri barədə məlumatı öyrənə, həmçinin Tərtər rayon icra hakimiyyətinə Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/) portalı vasitəsi ilə də müraciət edə bilərlər.