Tərtərdə böyük sənətkar Polad Bülbüloğlunun 80 illiyinə həsr edilmiş tədbir təşkil edilib

Tədbirdə əvvəlcə Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə çıxış edərək Azərbaycanın görkəmli bəstəkarı və müğənnisi Polad Bülbüloğlunun həyat və yaradıcılığı barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanın sabiq mədəniyyət naziri (1988–2006), Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli sabiq səfiri (2006–2024), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995–2000, 2024-cü ildən), TÜRKSOY-un sədri (1994), Azərbaycanın (1982), Türkmənistanın (2017), Özbəkistanın (2024) və Başqırdıstanın xalq artisti (2024), Dağıstan Respublikasının əməkdar incəsənət xadimi Polad Bülbüloğlunun 80 illik yubleyı qeyd olunur.
Media1.az-ın xəbərinə görə, digər çıxış edən mədəniyyət işçiləri də Polad Bülbüloğlunun Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən danışaraq , 80 illik yubiley münasibətilə yubilyara təbriklər ünvanlayıblar.
Tədbir rəngarəng musiqi npmrələri ilə davam etdirilərək, xoş ovqatla başa çatmışdır.
Musa Muradlı- Media1.az








