Tərtər şəhər 1 saylı tam orta məktəbə direktor təyin edilib

ATVFM.LİVE xəbər verir ki, rotasiya qaydasında həyata keçirilən yeni təyinatlar arasında Bərdə rayon Yeni Əyricə tam orta məktəbin direktoru işləmiş Amil Hüseynovun da adı var.
Qarabağ Regional Təhsil İdarəsinin rəisi Gündüz Əbdülovun təqdimatına əsasən nazir Emin Əmrullayev Bərdə rayon Yeni Əyricə kənd tam orta məktəbin direktoru Amil Hüseynovu Tərtər şəhər 1 saylı tam orta məktəbə direktor təyin edib.
Yeni iş günlərində Amil Hüseynov özünün facebook səhifəsində onu təbrikə gələn keçmiş rəhbəri olduğu müəllimləri ilə şəkillərini paylaşıb. Bu da onu göstərir ki, Amil Hüseynov ayrıldığı kollektiv arasında sevilən direktor olub. Məktəbin idarəçiliyində müəllim və şagirdlərin rəğbətini qazana bilib.
Yeni təyinatdan sonra ilk müsahibəsini ATVFM. Live-ə verən Amil Hüseynov həyəcan, məsuliyyət hissləri keçirdiyini bildirib. Ancaq , buna baxmayaraq qarşıda duran bütün çətinlikləriin öhdəsindən gəlmək əzmindədir.
Tərtər şəhər 1 saylı tam orta məktəbin direktoru Amil Hüseynov ona göstərilən etimada görə Təhsil Naziri Emin Əmrullyevə, Qarabağ Təhsil İdarəsinin rəisi Gündüz Əbdülova, eləcə də Tərtər rayon Təhsil sektorunun müdiri Oqtay Sarıkişiyevə təşəkkürünü bildirib.