26 Aprel 2024

Ter-Petrosyan Araik Arutyunyanı qəbul edib

Sentyabrın 20-də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan öz iqamətgahında Qarabağdakı separatçıların başçısı Arayik Arutyunyanı qəbul edib.

Media1.az bildirir ki, bu barədə Ermənistanın birinci prezidentinin mətbuat katibi Arman Musinyan öz Facebook səhifəsində yazıb.

Görüşdə Ermənistan və Qarabağdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb, qarşıda duran tədbirlər də müzakirə edilib.