Tehran Makronun təklifini rədd etdi
ran hökuməti Fransa Prezidenti Emmanuel Makronun Səudiyyə Ərəbistanı ilə bağlı təklifini geri çevirib.
Media1.az Axar.aza istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə açıqlama verib.
“Nüvə razılaşması BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə təsdiqlənib və heç bir şəkildə yenidən müzakirəyə çıxarıla bilməz. Eyni zamanda, bu, tərəfləri bəlli və dəyişməz olan çoxtərəfli razılaşmadır”, – XİN rəsmisi söyləyib.
Qeyd edək ki, Makron ötən gün Səudiyyə Ərəbistanına məxsus “Əl-Ərəbiyyə” telekanalına verdiyi açıqlamada Ər-Riyad rəhbərliyinin İranla planlaşdırılan nüvə danışıqlarında iştirak etməli olduğunu söyləyib.