29 Mart 2024

Təəsüflər olsun ki, Qarabağdakı Bəsitçay Qoruğunda olan abidə ağacların 70%-zi düşmənlər tərəfindən məhv edilmişdir

“Eko Aləm” İctimai Birliyi 1 sentyabr 2022-cı il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Təbiət abidələrinin qorunması və davamlı inkişafının təmin edilməsi ” layihəsinin icrasına başlayıb.

Təbiət abidələrinə tipik landşaftlı ərazilər, xüsusi cəzbediciliyi  ilə seçilən təbiət guşələri, endemik, relikt və nəsli kəsilməkdə olan növlərin yayıldığı xüsusi yerlər, çoxəsrlik ağaclar, şəlalələr, mağaralar, unikal göllər,orijinallığı ilə seçilən geoloji çılpaqlaşmış dağlar, palentoloji qalıqların yataqları və digər elmi-praktiki, mədəni-maarifləndirici əhəmiyyəti olan təbii meşə sahələri, yeraltı suların ayrıca çıxışları və s. obyektlər, təbii komplekslər aiddir. Təbiət abidələrinin qorunmasında məqsəd onları təbii şəraitdə elmi-informativ, həmçinin mədəni-maarifləndirmə, estetik məqsədlər və genetik fond üçün qoruyub saxlamaqdır. Hədsiz dərəcədə rəngarəng dendrofloraya malik olan Azərbaycan çox zəngin təbiət abidələri olan muzeyi xatırladır. Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Burada 4500-dən çox bitki növü yayılmışdır. Növlərin ümumi sayına görə Azərbaycanın florası Cənubi Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Alimlər Azərbaycan Respublikasının 52 rayonunun 318 obyekt sahəsində 2500-dən çox ədəd nadir abidə ağacların, unikal meşəliklərin olması müəyyən etmişlər. Azərbaycan Respublikasının bir sıra digər ərazilərdə rast gəlinən təbiət abidələrin adı bu siyahıya düşməmişdir. Həmin abidələrdən yerlərdə biznes məqsədi ilə istıfadə edilir və lazım olduğu kimi mühafizə edilmir.

Təəsüflər olsun ki, Qarabağda Bəsitçay Qoruğunda olan abidə ağacların 70%-zi düşmənlər tərəfindən məhv edilmişdir.

Layihə işi çərçivəsində Eko Aləm İctimai Birliyi Şahdağ Milli Parkının ərazisinə aid İsmayıllı, Basqal Göyçay, Qəbələ, Çuxur Qəbələ, Vəndam  Oğuz rayonlarında şəhər mərkəzləri və kəndlərində olan abidə hesab edilən, ağacların, xüsusən də  yaşlı çinarların ekoloji vəziyyəti, pasport qeydiyyatı, onlardan biznes məqsədi istifadəsi halları araşdırılacaq vizual monitorinqlər, real vəziyyətlə bağlı çəkilişlər aparılacaq. Abidə qeydiyyatı olmayan ağaclar barədə məlumatlar toplanacaq, aidiyyatı qurumlata təqdim olunacaq. Çəkilişlər əsasında vidio film hazırlanacaq və youtub kanalında yerləşdiriləcək. Araşdırma nəticəsi olaraq Yekun Siyasət Sənədi hazırlancaq və ictimaiyyətin diqqətinə çatdırılmaq üçün təşkilatın saytında yerləşdiriləcək.

Eko Aləm İctimai Birliyinin sədri:  Sevil xanım Yüzbaşeva