17 İyul 2025

Təbrik: Esmira xanım, gözəl və qabiliyyətli şairə

Salam Esmira xanım, gözəl və qabiliyyətli şairə.
Sizi ilk dəfə görəndə heç inanmaq istəmədim ki, siz bu qədər əziyyətə dözüb dayanacaqsınız. Hər kəs bunu bilməsədə çəkdiyiniz əziyyətlərin bir hissəsinin şahidi olaraq danışıram Esmira xanım. Sizin isti hava şəraitində və ya şaxtalı günlərdə uzaq rayonlara, kəndlərə getməyiniz, körpə uşaqlarla günlərlə evdən ayrılmağınız, istəmədiyiniz insanlarla qarşılaşmağınız, sizi sevməyən insanların qapısını döyməyiniz və s. hadisələrin bir qisminin şahidi olmuşam. Buna baxmayaraq bütün maneələri dəf edərək Şəhid ailələrini, Şəhid analarını necə səmimi ziyarət etdiyinizi gözlərimlə görmüşəm. Sumqayıtdan Cocuq Mərcanlıya, Bərdəyə, Gəncəyə, Qubaya, Naxçıvana qədər Şəhid ailələrinin ziyarətinə getdiyinizi bilirəm. Siz hər dəfə regionlara ailələrlə, oxucularla görüşə gedəndə onların necə sevindiklərinin şahidi olmuşam. Əlbəttə sizin haqqınızda çox yaza bilərdim, ancaq bu bir günün saatlarına sığmaz. Allah sizi qorusun. Sizi səmimi qəlbdən təbrik edirəm. Doğum gününüz mübarək. “Yaxşı ki, sizi tanımışam” dediyim insanlardan birisiniz…. Bir daha təbriklər.. Sizi ən çox sevən oxucunuz Arzu muəllim..