Təbiətə geni dəyişdirilmiş 2 milyard ağcaqanad buraxılacaq
Artıq bir neçə ildir ki, Britaniya alimləri ağcaqanadlar üçün “tanrı” rolunu oynamağa çalışırlar. 2021-ci ildə “Oxitec” biotexnoloji şirkəti ABŞ-ın Florida ştatının sahillərindəki Florida Keys bölgəsində 750 milyon geni dəyişdirilmiş ağcaqanad buraxıb. Hazırda daha 2 milyard ağcaqanadın buraxılacağı ilə bağlı xəbər təsdiqlənib.
Onlar hamısı erkək cinsi olacaq. İnsanları dişləmirlər. Yalnız dişi ağcaqanadlar insan qanı ilə “ziyafət etməyi” sevirlər. Onlar yoluxucu xəstəliklərin daşıyıcısı ola bilərlər, bu da ağır nəticələrlə xarakterizə olunur. Məsələn, ağcaqanadların yaydığı dang virusu infeksiyası ölümlə nəticələnə bilən qripə bənzər xəstəliyə səbəb olur.
Ağcaqanadlar genetik olaraq elə dəyişdirilir ki, vəhşi dişilərlə cütləşdikdən sonra bu cütləşmədən gələn nəsil tez ölür.