26 Noyabr 2025

Tarixi-dini abidələrlə zəngin ərazi

Füzuli rayonu Qarabağın cənub-şərqində yerləşir və Araz çayına qədər uzanan geniş düzənlikləri əhatə edir. 1827-ci ildə əsası qoyulan bu qədim yaşayış məntəqəsi 1959-cu ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin adını almışdır.

23 avqust 1993-cü ildə Füzuli rayonu erməni silahlı qüvvələri tərəfindən işğal olunsa da, 17 oktyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tərəfindən azad edilmişdir. Bu döyüşlər Vətən müharibəsinin ən ağır, lakin ən şanlı səhifələrindən biri olmuşdur.

Azadlıqdan sonra Füzuli sürətlə bərpa edilir. Prezident İlham Əliyevin tapşırığı ilə müasir infrastruktur, yollar, su anbarları, “Füzuli” Beynəlxalq Hava Limanı, məktəblər və yaşayış kompleksləri inşa olunmuşdur. Qardaş ölkələr – Özbəkistan, Qazaxıstan və digərlərinin dəstəyi ilə Füzuli bu gün yenidən dirçəlir.

Böyük Qayıdış Proqramı çərçivəsində füzulililər öz doğma yurdlarına qayıdırlar. 17 oktyabr – Füzuli şəhəri günü işğaldan azadlığın, qəhrəmanlığın və yenidənqurmanın rəmzi kimi qeyd olunur.

Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı