23 Dekabr 2024

Tanınmış QHT rəhbəri hakim partiyanın İdarə Heyətinə üzv seçildi

Media1.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının bu gün keçirilən VII Qurultayında rəhbər İdarə Heyətinə seçilən yeni simalardan biri də tanınmış QHT rəhbəri, uzun müddət ölkədə vətəndaş cəmiyyəti quruculuğunda və gənclər hərəkatında rolu və uğurlu fəaliyyəti olan, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) sədri və Milli QHT Forumunun vitse-prezidenti Asif Əsgərlidir.

Asif Əsgərli 2003-cü ildə rəhbərlik etdiyi təşkilatla Cənubi Qafqazda ilk dəfə olaraq Avropa Şurasının “Avropanın Fəal Gənc Vətəndaşı” Mükafatına layiq görülüb. 2019-cu ildə ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycanda gənclər hərəkatının formalaşmasında və gənclər siyasətinin həyata keçirilməsində səmərəli xidmətlərinə görə “TƏRƏQQİ” Medalına layiq görülən Asif Əsgərli gənclər işinə, onların sosial inkişafına, fəal iştirakına, bilik və bacarıqlarının artırılmasına və eləcədə vətəndaş cəmiyyətinin inkişafına dair çoxsaylı layihə, proqram və təşəbbüslərin rəhbəri olmuşdur.

Asif Əsgərliyə bu məsul siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!