22 Dekabr 2024

Tanınmış neyrocərrah vəfat edib

Azərbaycanın tanınmış neyrocərrahı, hərbi həkim Azər Əkbərov vəfat edib.

media1.az xəbər verir ki,  bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb. Bildirilib ki, həkim uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.

Mərhum bu gün Bakıda dəfn olunacaq.

Qeyd edək ki, A. Əkbərov Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında Cərrahiyyə ixtisası üzrə ixtisaslaşıb. Daha sonra Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında neyrocərrahiyyə üzrə uzmanlıq təhsili alıb. Tibb xidməti mayoru olub, hərbi həkim kimi fəaliyyət göstərib. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında, Respublika Diaqnostika Mərkəzində çalışıb.