29 Mart 2024

Tanınmış jurnalist fəaliyyətini bu kanalda davam etdirəcək

Tanınmış jurnalist Kamil Eldaroğlunun yeni iş yeri məlum olub.

Media1.az xəbər verir ki, o, bundan sonra fəaliyyətini “Space” televiziyasında xəbər departamentində müdir müavini və telekanalın siması kimi davam etdirəcək.

Bu barədə Kamil Eldaroğlu feysbuk hesabında məlumat verib.

Qeyd edək ki, o, son olaraq Real TV-də fəaliyyət göstərib.