Tanınmış ifaçı Tacir Şahmalıoğlu regional idarənin qonağı olub.
Tanınmış ifaçı, keçmiş “Qarabağ bülbülləri” ansamblının üzvü Tacir Şahmalıoğlu Bərdə Regional Mədəniyyət İdarəsinin qonağı olub. Bərdə Xalq teatrının üzvləri görüşən Tacir Şahmalıoğlu onlarla qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələr barədə müzakirələr aparıb. Sonra Qarabağın giriş qapısı sayılan Bərdə şəhərində fəaliyyət göstərən 1 nömrəli Uşaq incəsənət məktəbində olan ifaçı yerli muğam ustaları, məktəbin xanəndəlik ixtisası üzrə müəllim və şagird kollektivi ilə görüşüb. Görüş zamanı uşaq və yeniyetmələr arasında milli musiqimizin təbliği, gənc istedadların dəstəklənməsi, ifaçılıq sənətinin incəliklərindən bəhs edilib.
Sonda məktəb şagirdlərinin ifasında musiqi nömrələri ifa olunub.