29 Mart 2024

Tanınmış futbolçu Türkiyədə baş vermiş zəlzələdə ölüb

Türkiyənin “Hatayspor” klubunun futbolçusu Kristian Atsu Hatay vilayətində baş vermiş zəlzələdə ölüb.

AZƏRTAC “CNN Türk”ə istinadla xəbər verir ki, 31 yaşlı vingerin cəsədi dağıntılar altından çıxarılıb.

Daha əvvəl “Hatayspor”un qızlardan ibarət komandasının futbolçusu Verda Demetgül zəlzələ zamanı həlak olub.

Qeyd edək ki, Kristian Atsu karyerası ərzində Portuqaliyanın “Portu”, İngiltərənin “Çelsi”, “Everton” və “Nyukasl” kimi klublarında da çıxış edib.