06 Fevral 2025

Tərtərdə evdə yığıncaq təşkil edən 4 nəfər cərimələndi

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Media1.az-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Sarıcalı kəndində yerləşən fərdi yaşayış evində karantin qaydalarına zidd olaraq yığıncaq təşkil edən şəxslər müəyyən edilib.

Yığıncağın təşkilatçısı da daxil olmaqla, ümumilikdə, 4 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.