22 Dekabr 2024

TƏBİB COVID-19-a yoluxan şəxslərin peyvənd olunması məsələsinə aydınlıq gətirib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusa yoluxmuş şəxslərin peyvənd olunmaları məsələsinə aydınlıq gətirib.

TƏBİB-dən Musavat.com-a bildirilib ki, virusa yoluxan şəxslər ilkin mərhələdə risk qrupu hesab edilmir.

Qeyd olunub ki, 6 aydan sonra (tibbi cəhətdən qandakı anticisimlərin zəifləməsi nəzərə alınaraq) vətəndaş vaksinasiya strategiyasında nəzərdə tutulan risk qruplarına aiddirsə peyvənd oluna bilər.

Xatırladaq ki, bu gündən Azərbaycanda 65 yaşdan yuxarı risk qrupuna aid olan əhali qrupunun peyvəndlənməsinə başlayır.