“Şuşamıza milləti və dövləti sevən şuşalı rəhbərlər lazımdır”
“Şuşaya polis rəisi təyin olunub. Şuşalılarımızın bu təyinatı alqışlamasından belə başa düşülür ki, yeni polis rəisi Səməd Məhərrəmovun təyinatı onların ürəyincə olmuşdur.”
Bunu əslən şuşadan olan ziyalı, ötən parlament seçkilərində Xankəndindən deputatlığa namizəd Etibar Abdullayev bildirib:
“Mən buna çox sevindim və təbriklərə qoşuluram. Şuşalılarımız üçün arzu edirəm ki, rəhbər vəzifələrlə bağlı bütün yeni təyinatlar ürəyimizcə olsun. ŞUŞAmıza idarəetmə sahəsində təcrübəsi olan, ŞUŞAmızın etiketlərinə uyğun olan, mədəni, səviyyəli, milləti və dövləti sevən ŞUŞAlı rəhbərlər lazımdır.”