23 Oktyabr 2024

Şuşadakı ilk beynəlxalq turnirin qalibi bəlli olub

“Əziz Şuşa” beynəlxalq velosiped yarışına yekun vurulub. 

“İki sahil” xəbər verir ki,  Füzuli Hava Limanından start götürən və Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısında yekunlaşan II mərhələnin qalibi Azərbaycan millisinin və Türkiyənin “Sakarya BB Pro Team” kontinental klubunun üzvü Elçin Əsədov olub. 

İkinci yeri Özbəkistan, üçüncü yeri Monqolustan təmsilçisi tutub.