29 Mart 2024

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! Cərimələnməmək üçün bu xəbəri mütləq oxuyun – FOTO

Bakının Tbilisi prospekti ilə Azər Əliyev küçəsinin kəsişməsində yol hərəkətinin təşkilinə dəyişiklik edilib.

Media1.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, yolun buraxıcılıq qabiliyyətinin və piyadaların hərəkət təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə svetoforun daimi sağa dönməyə icazə verən əlavə bölməsi ləğv edilib və ən sağ zolaqda yol nişanlanmasına dəyişiklik edilərək düzünə və sağa hərəkətə icazə verilib.

Sürücülərdən dəyişikliyi nəzərə almaqları və dəyişikliyə uyğun olaraq yol hərəkəti qaydalarına riayət etmələri xahiş edilir.