Suriya ilə bağlı SON DƏQİQƏ: Üsyançılar Dəməşq YOLUNDA

Suriya müxalifəti Dəməşqə yaxınlaşır.
Musavat.com xəbər verir ki, müxalif qüvvələr Dəməşq vilayətində hücuma başlayaraq bir neçə yaşayış məntəqəsini, o cümlədən paytaxtın cənubunda yerləşən Zəkiyyə, Deir Həbiyyə, Kanakir və Səsa şəhərlərini ələ keçiriblər.
Hazırda onlar Dəməşqdən təxminən 12 kilometr məsafədə yerləşirlər.
Hazırda Suriyada əməliyyat şəraiti:
- Qırmızı: Suriya ordusunun nəzarətində olan ərazilər.
- Yaşıl: Silahlı qrupların nəzarətində olan ərazilər.
- Göy: Faktiki olaraq Türkiyənin nəzarətində olan ərazilər.
- Sarı: ABŞ-ın dəstəklədiyi kürd qüvvələrinin nəzarətində olan ərazilər.
