06 Fevral 2025

Sumqayıtda intiharın qarşısı alınıb

Dənizkənarı Bulvarda bir vətəndaş özünü dənizə atmaq istəyib

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində Dənizkənarı Bulvarda bir nəfər vətəndaşın intihara cəhd etməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat Xidmətindən Media1.az-a verilən məlumata görə, dərhal əraziyə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Dalğıc-xilasetmə qrupunun ciddi səyləri nəticəsində vətəndaşın son anda suya atılmasının və intiharının qarşısı alınıb.