23 Dekabr 2024

Stepanın adı unudulacaq, dünya Xankəndi deyəcək – yeni gəlişmə

Çingiz Qənizadə: “Əgər Rusiya kimi bir dövlətin FHN-inin rəsmi saytında artıq Xankəndi öz tarixi adı ilə göstərilirsə…”

Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında Dağlıq Qarabağ əhalisinə humanitar yüklərin çatdırılması barədə xəbərdə ilk dəfə olaraq Stepanakert adı həm də Xankəndi kimi yazılıb. Qarabağda fəal işləyən qurumlardan biri olan Rusiya FHN-in bu addımı tədricən şəhərin tarixi adının hamı tərəfindən qəbul edəcəyinə işarə sayılır.

Azərbaycan tərəfinin rəsmi və ya qeyri-rəsmi təmaslarda ad  məsələsini də qaldırdığı məlumdur. Artıq bu istiqamətdə ilkin addım atılıb və tədricən ermənilər də bu tarixi adı öyrənmək zorundadırlar.

Xankəndinin necə yaranması və sonradan necə “Stepanakert” olması haqda tarixə nəzər salaq.

1752-ci ildə Şuşa şəhərinin əsasını qoymuş Qarabağ xanı Pənahəli xanın oğlu İbrahimxəlil xan özünün yay iqamətgahını inşa etdirərkən, soyuq payız-qış aylarını keçirmək məqsədilə Şuşa dağının ətəyində yerləşən mənzərəli ərazidə tikinti aparılması göstərişini verir. Həmin ərazi İbrahimxəlil xanın adıyla Xankəndi adlandırılır. Sonradan İbrahimxəlil xanın oğlu Mehdiqulu xan ailəsinin və yaxın qohumlarının qış aylarını keçirdiyi Xankəndini sevimli xanımı Pəricahan bəyimə hədiyyə edir.

В Ханкенди вернулись еще 475 беженцев из Еревана | Вестник Кавказа

Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsini rəsmiləşdirən 14 may 1805-ci il tarixli Kürəkçay və 12 oktyabr 1813-cü il tarixli Gülüstan müqaviləsindən sonra Xankəndinə rus hərbi süvari korpusu yerləşdirilir, bununla da kəndin əvvəlki sakit, firavan həyatı pozulur.

Türkmənçay və ermənilər 1905.az

10 fevral 1828-ci il Türkmənçay müqaviləsindən sonra bu əraziyə Qacarlar İranı və Osmanlı Türkiyəsindən xeyli sayda erməni ailəsi köçürülür, onlar çar ordusunun hərbi hissələrində, dövlət idarələrində işlə təmin edilir və silahlandırılırsa da, çar Rusiyasının XIX əsrə aid bütün hərbi və mülki xəritələrində bu yerin adı öz əksini “Xankəndi” olaraq tapır.

I Dünya müharibəsindən sonra yaranmış vəziyyətdən istifadə edən ermənilər  Rusiyada bolşeviklərin hakimiyyətə gəlişi ilə daha da fəallaşırlar, Osmanlıda gerçəkləşdirə bilmədikləri tamahkar torpaq zəbti, məkrli erməniləşdirmə siyasətini Qafqazda reallaşdırmağa başlayırlar. Bu fəaliyyətin ilkin bəhrəsi bolşevizm siyasətinin köməyi ilə Azərbaycanın İrəvan, Naxçıvan, Zəngəzur bölgələri ərazisində tarixdə ilk dəfə “Sovet Ermənistanı” dövlətinin yaradılması olur. Bitib-tükənməz torpaq tamahı ilə bu ərazilərlə də qane olmayan ermənilər bir müddət sonra-1920-ci illərdə Azərbaycanın Qarabağ torpaqlarına iddia ilə çıxışlar etməyə, onlara yer-yurd vermiş dinc azərbaycanlıları rus silahlı hərbi birləşmələrinin köməyi ilə doğma torpaqlarından sıxışdırmağa başlayırlar.

Azərbaycanlılara qarşı törədilən cinayət tərkibli təxribatlar, kütləvi qətllər 1923-cü ildə Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasıyla nəticələnir. Bunun ardınca elə həmin il  Xankəndi şəhərinin adı Moskva tərəfindən Azərbaycana rəhbər təyin edilən rus əsilli Sergey Mironoviç Kirovun qərarı ilə dəyişdirilərək erməni bolşeviklərinin lideri, bolşevik Rusiyası tərəfindən Bakıda sovet-kommunist diktaturası yaradaraq 20 mindən çox azərbaycanlının qətlinə şəxsən başçılıq etmiş Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırılır.

1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan Ali Sovetinin qərarı ilə şəhərin əsl tarixi adı Xankəndi bərpa edir. Lakin bu qərarı ermənilər hələ də qəbul etmirlər və Xankəndini Stepanakert kimi dünyaya təqdim etməkdədirlər. 

Bəs terrorçu Stepanın adı unudulacaq, dünya tarixi Xankəndi adını tanıyacaqmı?

Çingiz Qənizadə Ağdaşa başçı getmək istəyir, amma… - Rayon camaatı etiraz  edir | KONKRET

Demokratiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Xankəndi həm tarixən, həm də hüquqi baxımdan Azərbaycan ərazisidir. Azərbaycan dövlətinin ərazisi beynəlxalq hüquq normaları ilə təsbit edilib və tanınıb. Xankəndi də digər şəhərlərimiz kimi Azərbaycan ərazisi olaraq tanınıb: “Nəzərə alsaq ki, II Dünya müharibəsindən sonra qəbul edilmiş ”Sərhədlərin dəyişdirilməzliyi prinsipi” var, bu baxımdan da Azərbaycanın razılı olmadan onun sərhədinin dəyişdirilməsi mümkün deyil. Hazırda Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi işi gedir. Bu proses başa çatdıqdan sonra Azərbaycan ərazisində bizi bu gün narahat edən digər məsələlər də öz həllini tapacaq. O cümlədən “Stepanakert” adı tarixin zibilliyinə atılacaq və tarixi Xankəndi adı hər kəs tərəfindən qəbul ediləcək.  Rusiya FHN-in rəsmi saytında ilk dəfə Xankəndi adının yazılması 10 noyabr bəyanatının tələblərinə uyğun yavaş-yavaş, addım-addım həqiqətin bərpasına gedən prosesin bir əlamətidir. Xankəndi ilə, Xocalı ilə, Ağdərə ilə, Laçın dəhlizi ilə bağlı Azərbaycan cəmiyyətində olduqca ciddi bir narahatlıq var. Cəmiyyətə demək istərdim ki, bu məsələlərin həllinin zamana ehtiyacı var. Bu gün əgər Rusiya kimi bir dövlətin dövlət qurumunun saytında artıq Xankəndi öz adı ilə göstərilirsə, bu, gedən proseslərin tərkib hissəsidir. Biz Xankəndində də Azərbaycan bayrağının cənab Prezidentimiz tərəfindən ucaldılmasının şahidi olacağıq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”