13 İyul 2024

Spirtli içki qəbulu xərçəngə tutulma riskini artırır- xəbərdarlıq

Etil spirti bədən hüceyrələrini məhv edir.

Alkoqol qəbulu onkoloji xəstəliklərin inkişaf riskini artırır: bu barədə Rusiya Milli elmi narkoloji mərkəzin V.P. Serbski adınaMilli tibbi psixiatriya və narkoloji təhqiqatlar filial mərkəzinin direktoru Tatyana Klimenko xəbərdarlıq edib. Professor Klimenkonun rəyi Rusiya Səhiyyə Nazirliyinin rəsmi səhifəsində dərc olunub.

Klimenko bildirib ki, alkoqollu içkilər siqaret çəkmək və düzgün olmayan qidalanma ilə yanaşı həyati təhlükəsi olan xəstəliklərə – ürək-damar patologiyalarına, tənəffüs və xərçəng xəstəliklərinə, həmçinin həzm sisteminin pozğunluğuna səbəb olur.

“Alkoqol qana hopduqda bədənin hər hüceyrəsinə və hər sistemə daxil olur. Qaraciyər, mədəaltı vəzi, sidik sistemi və beyin ilk növbədə təsirlənir. Sonrakı yerdə ürək və digər orqanlar gəlir”, – deyə narkoloq bildirib.

Klimenkonun sözlərinə görə, bədənin müdafiə sistemləri ona bir müddət alkoqol intoksikasiyasının nəticələrinin öhdəsindən gəlməyə imkan verir, lakin gec-tez özlərini infarkt, insult və ya mədəaltı vəzi ilə bağlı problemlər şəklində hiss edəcəklər. Bundan əlavə, həkim son araşdırmaların döş xərçənginin inkişafı ilə spirt içki qəbulu arasında birbaşa əlaqə olduğunun sübuta yetirildiyini bildirib.