22 Dekabr 2024

Son sutkada Azərbaycanda 53 nəfər koronavirusa yoluxub – ÖLƏN VAR

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Media1.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxmış 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 823 202 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 944 nəfər müalicə olunaraq sağalıb, hazırda 314 aktiv xəstə var. Bu günə qədər 9 944 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 060, bu günə qədər isə ümumilikdə 7 317 582 test icra olunub.