19 Aprel 2024

SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 499 yeni yoluxma faktı qeydə alınıb, 478 nəfər müalicə olunaraq sağalıb.

Media1.az  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, son sutkada COVID-19-dan ölən yoxdur.

Ölkədə bu günədək ümumilikdə 807 516 nəfər koronavirusa yoluxub. Onlardan 794 225 nəfər müalicə olunaraq sağalıb, 9784 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 3507 nəfərdir.

Son gün ərzində 3438, hazırkı dövrədək isə 7 113 616 test aparılıb.