23 Dekabr 2024

SON DƏQİQƏ! DTX tərəfindən saxlanılan şöbə rəisi barəsində qərar verildi

Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Media1.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində bununla bağlı istintaq orqanının vəsatətinə baxılıb və təmin edilib.

Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı saxlanılanlar arasında nazirliyin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov da var.