12 Mart 2025

Şols Azərbaycan təyyarəsinin vurulmasından yazdı: Bu hadisə tam araşdırılmalıdır

Almaniya kansleri Olaf Şols Azərbaycan sərnişin təyyarəsinin Rusiya ərazisində vurularaq qəzaya uğramasına münasibət bildirib.

Musavat.com xəbər verir ki, Şols özünün X hesabında hadisənin Rusiyanın Ukraynadakı işğalçı müharibəsinin getdikcə daha çox günahsız insana təsir etməsinin sübutu olduğunu bildirib: “Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi getdikcə daha çox günahsız insanlara təsir edir – hətta Ukraynadan kənarda da. Bunu Aktauda baş verən təyyarə qəzası sübut edir və bu hadisə tam araşdırılmalıdır. Biz həlak olanların ailələrini düşünür və yaralılara tezliklə şəfa diləyirik”.