Şöhrət Eyvazov: Bölgədəki jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə ehtiyac var
Jurnalist Şöhrət Eyvazovun fəliyyəti yüksək qiymətləndirilib. Medal və nişanlarla təltif olunması bunun əyani sübutudur. Masanın üzərindəki diplomlar və yaxasındakı “ Tərəqqi” medalı , digər nişanlardan bunu görmək olur. Söhbətin bu yerində həmsöhbətimizlə təltiflər barədə danışmalı oluruq.
-Burada çoxsayı mükafatlar görürük. Bu da əməyinizə verilən qiymətin əyani sübutudur. Bununla da fəaliyyətinizi səmərəli hesab etmək olar.Hansı ki, müxtəlif təşkilatlar , media qrumlarından mükafatlar almısınız,xüsusilə də, ən böyük olan mükafat prezident tərəfindən “Tərəqqi” medalına layiq görülməyinizdir.Bütün bunlar barədə nə deyə bilərsiniz?
- Belə mükafatlar insanın fəaliyyətini stimullaşdırır, daha yaxşı işləməyə həvəsləndirir.Təqdim edənlər sağolsunlar. İctimai Televizia , Hərbi and qəzeti ,təqdimat verən digər qrumlara təşəkkürümüzü bildirirəm. Xüsusilə, prezidentimiz sağ olsun ki, “ Tərəqqi” medalına məni layiq bilib.Gördüyünüz kimi mükafatlar həm jurnalist, həm də hərbçiliklə bağlı fəaliyyətimə görə verilib. Azərbaycan ordusunun “100 illiyi” medalı,” Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi “ medalı .” Əfqanıstan müharibəsinin 25 illiyi” medalı,” Fədai” medalı, müharibə veteranı və digər hərbiyönümlü QHT-lərin mükafatları var. Bununla yanaşı Samir Adıgözəllinin rəhbərlik etdiyi araşdırma mərkəzi tərəfindən “ Zəfər Media” mükafatı təsis edilərək 44 günlük müharibədə mənimlə birgə cəbhə bölgəsində çalışmış müxbirlərin fəaliyyəti yüksək qiymətləndirilib. Çox xoşbəxtəm ki, “ Zəfər Media” mükafatı ilk dəfə olaraq mənə təqdim olunmuşdur. Baxmayaraq ki, həmin ərəfədə koronovirus keçirdiyimdən xəstəxanada idim. Mənim əvəzimdən mükafatı oğlum almışdır.Bildirmək istəyirəm ki, mükafatların rəmzi mənası ilə yanaşı, həm də tarixi mənası olur. Mükafat peşə fəaliyyətində stimula çevrilir. İnsanı daha da məhsuldar işləməyə sövq edir. Hesab edirəm ki, 44 günlük müharibə ilə bağlı bölgə müxbirləri və cəbhəyə ezam olunmuş müxbirlərin də fəaliyyəti bundan sonra da qiymətləndiriləcək. Sizli, bizli, bölgə müxbirləri ilə bərabər Bakıdan cəbhəhəyə gələn müxbirlər atəş altında idilər.
Həmsöhbətimiz ali baş komandanımız İlham Əliyevin informasiya cəbhəsindəki yüksək manevrlərinidə xatırladıb. Prezidentin xarici KİV-lərə verdiyi müsahibələri sözün həqiqi mənasında “master klass” adlandırıb. Ölkə başçısından nümunə götürməklə informasiya təhlükəsizliyi amilini peşə fəaliyyətində əsas götürdüyünü bildirir Şöhrət Eyvazov.
Jurnalist Şöhrət Eyvazov Zəfər Media mükafatının Türkiyə media nümayəndələri üçün müəyyənləşdirilməsində də yaxından iştirak edib. Bu sırada mükafata layiq görülən türkiyəli həmkarlar arasında Qlobal xəbər türk kanalının müxbiri Fülya Öztürk birinci olub. Türkiyəli həmkarlar üçün mükafatların təqdim olunması məqsədilə Samir Adıgözəlli olmaqla bir neçə nəfərlik heyətlə qardaş ölkədə olub.
Türkiyədə illərcə əvvəl hərbi təhsil almış Şöhrət Eyvazov yaxınlarda olduğu qardaş ölkədən aldığı təəssüratları bölüşür.
Bildirir ki, 88-ci illərdə münaqişənin başladığı ilk dövrdə istəsə də bizə lazım olan dəstəyi verə bilməyib. Bu da reallıqdan irəli gəlib. Türkiyənin beynəlxalq nüfuzu və sair mövcud şərait qardaş ölkənin Azərbaycana lazım olan qədər qətiyyətli müdafiə olunmağa imkan verməyib.1994-cü ildən ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra “ Bir millət, iki dövlət” modelini yaratması Türkiyə – Azərbaycan əlaqələrinə də öz müsbət töhfəsini verib. Hərbi əməkdaşlığın genişləndirilməsinin, “Turaz qartalı” şərti adı ilə birgə təlimlərin təşkili ölkəmizin gücünün artırılmasında böyük rol oynayıb.
Həmsöhbətimiz bütün bunların hesabına Azərbaycanın Cənubi Qafqazda ən güclü orduya sahib olduğunu vurğulayır.Qeyd edir ki, 44 günlük müharibədə Türkiyənin dəstəyinin qələbə əldə olunmasında böyük rolu olub. Bundan sonra da qardaş ölkənin Azərbaycanın yanında olacağına və havadarlarına gövənən mənfur düşmənə hər zaman layiqli cavab verilməsində birgəliyə əminliyini ifadə edib.
Bölgə mediasının durumu haqqında danışan jurnalist Şöhrət Eyvazov bu istiqamətdə görülməli işlərin çox olduğunu bildirir. Medianın Paytaxda inkişafına şərait olduğu halda bölgələrdə bu hala diqqət yetirilmir. Ancaq ümidin itirmir. Yeni yaranan Medianın İnkişafı Ağentliyindən gözləntiləri çoxdur.
Jurnalistlərin sosial müdafiəsinin təşkilində də bölgədə çalışan jurnalistlərlə Bakıdakıların ayrı seçkiliyini vurğulayır, Şöhrət Eyvazov. Paytaxda inşa olunan evlərdən Bakıda fəaliyyət göstərən jurnalistlərə verilsə də bölgədəki jurnalistlər bu bölgüdə ayrı seçkiliyə məruz qaldığını bildirir. Hansı ki, Qarabağın inkişafı ortada olduğu vaxtda burada çalışan jurnalistlərin dövlətin qayğısından yararlanmasını tam məqbul hesab edir.
Jurnalist Şöhrət Eyvazovun fikrincə Qarabağ bölgəsində çalışan jurnalistlərin , operatorların sosial müdafiəsinin gücləndirilməsi üçün xüsusi dəstək proqramlarının həyata keçirilməsinə ehtiyac var.