24 Dekabr 2024

Şöhrət Eyvazovdan media nümayəndələrinə çağırış:minalarla çirklənmiş bölgələrə daxil olarkən diqqətli olun!

Hərbi jurnalist həmkarlarını azad olunmuş ərazilərdə fəailiyyət zamanı ehtiyatlı olmağa səsləyib.

Media1.az  xəbər verir ki, Şöhrət Eyvazov azad edilmiş ərazilərimizdə olan partlamamaış hərbi sursatın təmizlənməsinə ən azı 10 il vaxta ehtiyac olduğunu deyir, mütəxəssislərimiz. Bunların arasında ən təhlükəlisinin minalar olduğu şübhəsizdir.

Füzulidə mülki şəxslərin tankəleyhinə minaya düşərək faciəli ölmündən sonra gücləndirilən  maariflləndirmə və nəzarət  tədbirləri  öz nəticəsini verir. Digər tərəfdən, ən azından yaza qədər Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, Şuşaya, Ağdama, Laçına, Kəlbəcərə  yurdunu-yuvasını görmək üçün özünü təhlükəyə atacaq soydaşlarımızın sayı yəqin ki, az olacaq. Bunun əsas səbəbi soyuq hava şəraəti və pandemiyaya görə sərt karantin rejimiidr.

ANAMA əməkdaşları və hərbçilərimzdən sonra əsas risk qrupu əlbətdə ki, bu bölgələrdə çalışan jurnalistlər, operatorlar və hərbi blogerlərdir.

Buna görə də, bölgədə fəaliyyət göstərərn media nümayəndələri bu təhlükə ilə davamlı üz-üzə qaldıqlarını unutmamalıdırlar.

Qarabağ bölgəsində fəaliyyət göstərən jurnalistlər və operatorlar -Musa Muradlı, Zahir Əsədov, Habil Məmmədov, Elnur Əkbərov, Şamxal Adığözəlov, Pərviz Səlimli, Tahir Ağamməmmədov, Aydın Yavərzadə, Emin Babayev, Daşqın Abdullayev, Vüsal Quliyev, Elgün Qənbərov, Vicay Vəliyev,  Ziya İsmayılov, Loğman İsmayılov, Emin İsfəndiyarov, Şamo Adığözəlov, Elgün Gəncimsoy, Tofiq Şahmuradov, Mirələkbər Hüseynovu  və azad edilmiş ərazilərə gələn digər həmkarlarımızı çəkilişlər zamanı mina təhlükəsizliyinə ciddi əməl etməyə cağırıram!