Şinzo Abeni kim və necə öldürdü? – DETALLAR
Yaponiyanın sabiq baş naziri Şinzo Abenin ölümü ilə bağlı artıq bir nəfər həbs edilib.
Axar.az Yaponiya mətbuatına istinadən xəbər verir ki, şübhəlinin əvvəllər ölkənin Hərbi Dəniz Qüvvələrində xidmət etdiyi bildirilir.
“41 yaşlı Tetsuya Yamaqami əvvəllər ölkənin Hərbi Dəniz Qüvvələrində xidmət edib. O, Abeyə bir neçə güllə vurduqdan dərhal sonra saxlanılıb. Hazırda polis saxlanılan şəxsi dindirir. Qətlin motivi məlum deyil. Tetsuyanın əldəqayırma silahdan atəş açdığı bildirilir”, – deyə Yaponiya mətbuatı yazır.