21 Dekabr 2024

Şimali Koreya hərbçiləri Kurskda döyüşə başlayıb – Ukrayna kəşfiyyatı

Rusiya poliqonlarında təlim keçmiş Şimali Koreya hərbi qulluqçularının ilk bölmələri artıq Rusiya-Ukrayna müharibəsinin döyüş bölgəsindədir. Musavat.com Unian-a istinadən xəbər verir ki, məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi yayıb.

Məlumata görə, onlar dünən Kursk vilayətində görüntülənib. Kəşfiyyat ekspertlərinin fikrincə, Rusiyaya ümumilikdə 12 minə yaxın Şimali Koreya əsgəri gətirlib. Onların arasında 500 zabit və üç Pxenyan generalı var: “Əsgərlər döyüş sursatları, yataq dəstləri, qış geyimləri və ayaqqabıları, habelə gigiyena ilə təchiz olunublar, xüsusən də Moskva müəyyən edilmiş standartlara uyğun olaraq hər bir Şimali Koreya hərbçisində 50 metr tualet kağızı və 300 qram sabun ayırır”.

Xarici hərbçilər beş poliqonda – “Baranovski” (Ussuriysk), “Donguz” (Ulan-Ude), “Yekaterinoslavski” (Yekaterislavka), 248-ci (Knyaz-Volkonskoye) və 249-cu (Sergeevka) poliqonlarında müharibəyə hazırlanır. Koordinasiya üçün bir neçə həftə verilir. Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov qoşunların təlimi və uyğunlaşmasına nəzarət edir.