23 Dekabr 2024

“Səyyahlar“Sağlam ekologiya səndən başlayır” layihəsinin icrasına başlayır.

“Səyyahlar” Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və Tanıdılması İctimai Birliyinin məqəsədi uşaqlarda ekologiyaya qarşı müsbət fikirlərin formaşalmasında onlara düzgün istiqamət verərək gələcək həyatlarında ekologiyanı sevmək və qorumağın vacibliyini aşılamaqdır.
“Səyyahlar” Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və Tanıdılması ictimai birliyinin sədri Elsevər Cəlilovun bildirdiyinə görə rəhbərlik etdiyi təşkilat 1 fevral 2022-ci il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Sağlam ekologiya səndən başlayır” layihəsinin icrasına başlayıb.
Təşkilatın yaydığı press-relisdə bu barədə belə məlumat verilib:”Cəmiyyətimizin gələcək həyatında ekoloji problemlərin yaşanmaması (mümkün qədər ekologiyamızı qorumağa yönəlmək), insanların təbiətə, onda yaşayan canlılara şəfqətlə davranması istiqamətində yeniyetmə və gənclərə indidən düzgün yol göstərmək günümüzün aktual məsələlərindən biridir. Təbii ki, ekologiyanı birdən-birə tam xilas etmək mümkün deyil, lakin hər birimiz üzərimizə düşən öz vətəndaşlıq borzumuzu yerinə yetirsək, düşünürük ki, ekologiyamızın müsbətə doğru inkişafı başlayacaq.
Daha sonra layihənin məqsədindən bəhs olunaraq orta məktəb şagirdlərində ekoloji biliklərin möhkəmləndirilməsi, onların təbiətə qarşı həsas yanaşmaları, ekologiyanı qorumağın bir vətəndaşlıq borcu olduğunu, bizim və bizdən sonra gələcək nəslin sağlam gələcəyinin məhz ekologiyadan aslı olduğunu göstərmək və ekologiyanın qorumağın vacibliyini dərk etmələrində onlara dəstək olmaq, ekoloji maarifləndirmə işi aparma, uşaqlarda ekologiyaya qarşı müsbət fikirlərin formaşalmasında onlara düzgün istiqamət verərək gələcək həyatlarında ekologiyanı sevmək və qorumağın vacibliyini aşılamaqdan ibarət olduğu vurğulanıb.

Habelə qeyd olunub ki, layihənin icrası nəticəsində şagirdlər:
• İnsan həyatı boyunca təbiətə humanist yanaşmalı, onu qorumalıdır:
• Ekologiyanı qorumağın vədəndaşlıq borcu olduğunu:
• Təbiətdən səmərəli, ziyan vermədən istifadə etməyin yollarını:
• Ekologiyanı korlamağa davam edərsək gələcəyimizin korlanacağı, ekoloji tarazlığın pozulacağı və buranın yaşanılması mümkün olmayan bir şəklə düşəcəyini:
• Ölkəmizdə yaşıllığın salınmasında cani-könüldən iştirak etmək, daha sağlam ekoloji mühitin formalaşdırılması üçün ilk öncə təbiəti deyil, özümüzü dəyişdirməyin mahiyyətini anlayacaqlar:

Onu da qeyd edək ki, layihə 3 ay davam edəcək (01.02.2022-01.05.2022). Layihə çərçivəsində beş məktəb müəyyən ediləcək (Bakı şəhərində 3 məktəb, İsmayıllı şəhərində 2 məktəb) və bu məktəblərdə şagirdlərə seminar veriləcəkdir.
Bundan sonra isə layihə çərçivəsində hazırlanacaq olan kitab seminar iştirakçılarına, valideyinlərə, məktəb müəllimlərinə və həmçinin bu sahəyə maraq göstərən şəxslərə paylanacaqdır.

Media1.az