21 Dekabr 2024

Səməd Vəkilov Dərləyəz mahalının Gülsütan kənd sakinləri ilə görüşüb – FOTOLAR

Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Agentliyinin maliyyə dəstəyi  ilə həyata keçirdiyi ”Çalxanqala: qaçqınların qayıdış həsrəti” layihəsini uğurla davam etdirir.

Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyinin sədri araşdırmacı hüquqşünas Səməd Vəkilov layihə çərçivəsində Bakıda yaşayan Qərbi Azərbaycanın Dərələyəz mahalının Paşalı rayon Gülüstan kənd sakini Fəxrəddin Tarverdi oğlu Şahhüseynovun ailəsində olub. Görüşün məqsədi 1988-ci ildə öz ata-baba torpaqlarından zorla köçürülmüş Qərbi Azərbaycanlıların həyat hekayələrini dinləməkdi.

S.Vəkilov qeyd edib ki, Şahhüseynovlar ailəsi də erməni xislətindən nəsibini almış ailələrdən biridir. Onlar 1988-ci ildə öz doğma yurdların tərk etdikdən sonra Naxçıvan Muxtar Respublikasının  Kəngərli rayonunun Çalxanqala kəndinə köçərək, burada məskunlaşıblar. Demək olar ki, Qərbi Azərbaycanın  fərqli bölgələrindən  buraya pənah gətirmiş eyni taledə olan insanlar çox böyük zəhmətlə və əziyyətlə həyatlarına yenidən başlayıblar. Fəxrəddin Şahhüseynov bildirib: “Mən doğma yurdum Gülüstan kəndini tərk edəndə 10 yaşım var idi.  Gecə yarısı qardaşım məni   yuxudan oyadaraq, evdən çıxarmağımızı deməsi uzun müddət yaddaşımda  psixoloji sarsıntı oldu. Çox çətinliklə gecə ailəsi ilə birlikdə doğma evimizi tərk edərək, bir müddət Babək rayonunun Buzqov, sonra isə Cəhri kəndlərində qohumlarımızgildə müvəqqəti məskunlaşdıq. Bu müddət  təhsildən geri qaldım. Sonra Çalxanqala kəndinə köçərək, yenidən yurd-yuva qurduq. Orta təhsilini davam etdirib, eyni zamanda ali təhsi aldım.  7 -il Çalxanqala kən orta məktəbində Tarix müəllimi işlədim”.

F.Şahuseynov  qeyd etdiyi maraqlı faktlardan biri də ömür, gün yoldaşının da onun kimi eyni taleyi yaşaması olub. Onun  həyat yoldaşı Ləman xanım da ailəsi erməni vəhşiliyinin qurbanı olub. Onlar da Dərələyəz mahalının Amağu kəndindən köçüblər. Həm eyni taleyi yaşayıb, həm də eyni həyatı paylaşıblar. Zamanla Çalxanqala kəndi onlar üçün doğmalaşıb. Ancaq uzun illər burada yaşadıqdan sonra Bakı şəhərinə köçüblər. 2 övladları var. Onlar da vətənpərvər ruhda böyüyüb. Qızları Mədinə də doğma yurdu  Qərbi Azərbaycana eyni zamanda milli dəyərlərimizə və adət-ənənələrimizə çox bağlıdır. Ləman Qəhrəmanovanın bacısı Turanə xanım  və onun ailə üzvləridə eyni taleləri bölüşürlər.  Onlar da Qərbi Azərbaycana qayıtmağı , ata-baba torpaqlarını  görmək arzusundadılar.

Fotolar