30 İyun 2025

ŞƏHİD YAŞAR BABAYEVİN DOĞUM GÜNÜNDƏ XATİRƏSİ ANILIB

29 iyun 2025-ci il tarixində Tovuz döyüşləri zamanı şəhid olmuş Babayev Yaşar Vasif oğlunun doğum günü münasibətilə Köçəsgər kənd qəbirstanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhidimizin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

ŞəhidlərimizəEhtiramla #ŞəhidlərÖlməz #VətənVarOlsun