08 Sentyabr 2024

Şəhid Taleh Namazovun doğum günündə xatirəsi anılıb

28 iyul 2023-cü ildə Ağstafa rayonunda Vətən müharibəsi şəhidi Namazov Taleh Zülfəli oğlunun doğum günündə əziz xatirəsi yad olunub.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin əməkdaşları, şəhidimizin ailə üzvləri, şəhid ailələri, qazilər, Ərazi Partiya Təşkilatının fəalları və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət ediblər, məzarı önünə gül dəstələri düzüblər və ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Taleh Namazov 2020-ci il sentyabr ayının 30-da Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.