06 Avqust 2025

ŞƏHİD TAHİR ƏLİYEVİN İLDÖNÜMÜNDƏ XATİRƏSİ ANILIB

06 avqust 2025-ci il tarixdə ağstafalı şəhid Əliyev Tahir Çingiz oğlunun ildönümü münasibətilə Ağstafa şəhər Şəhidlər Xiyabanında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin əməkdaşı Vüqar Həsənov, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan şəhidlərimizin də məzarları ziyarət olunub, əziz xatirələri ehtiramla anılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

ŞəhidlərimizəEhtiramla #ŞəhidlərÖlməz #VətənVarOlsun