18 Aprel 2025

ŞƏHİD İLKİN BAYRAMOVUN İLDÖNÜMÜNDƏ XATİRƏSİ ANILIB

16 aprel 2025-ci il tarixdə ağstafalı şəhid Bayramov İlkin Bayram oğlunun ildönümü münasibətilə Ağstafa rayon Pirili kənd qəbirstanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

ŞəhidlərimizəEhtiramla #ŞəhidlərÖlməz #VətənVarOlsun