ŞƏHİD EŞQİN OMAROVUN İLDÖNÜMÜNDƏ XATİRƏSİ ANILIB

17 sentyabr 2025-ci il tarixində ağstafalı şəhid Omarov Eşqin Nəsib oğlunun ildönümü münasibətilə Aşağı Kəsəmən kənd qəbirstanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
ŞəhidlərimizəEhtiramla #ŞəhidlərÖlməz #VətənVarOlsun
