Səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək

2025-ci il fevralın 24-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Bakıya rəsmi dövlət səfəri edib. Ötən gün Prezident cənab İlham Əliyevin və qonağı Məhəmməd Şahbaz Şərifin iştirakı ilə sənədlərin imzalanması və mübadiləsi mərasimi olub. Prezident cənab İlham Əliyev və Məhəmməd Şahbaz Şərifinin görüşü Azərbaycan-Pakistan əlaqələrinin inkişafı perspektivlərinə yenidən baxış imkanlarını göstərib. İki dövlətin bir-biri üçün yerləşdikləri regionlarla bağlı strateji tərəfdaş olmaları üçün əlavə fürsət yaradıb.
Ölkə başçımız cənab İlham Əliyev ikitərəfli görüşdə ölkələr arasında güclü qardaşlıq əlaqələrindən bəhs edərək bildirdi ki, “Bu gün güclü qardaşlıq əlaqələrini bir daha vurğuladıq. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir. Hər iki tərəfdən qonaqların artan sayı haqqında məlumat verildi. Dövri əsaslarla uçuşlara gəldikdə, əminəm ki, onların sayı artacaq. Cəmiyyətlərimizin nümayəndələri arasında daha çox qarşılıqlı əlaqənin şahidi olacağıq. Əziz qardaşım, dəvətimi qəbul etdiyinizə və Azərbaycana dövlət səfərinə gəldiyinizə görə Sizə bir daha minnətdaram. Ölkə lideri kimi fəaliyyətinizdə davamlı uğurlar arzu edirəm. Sizin baxışınız və həyata keçirdiyiniz islahatlar həqiqətən nəinki iradənizi göstərir, o cümlədən iqtisadi sahədə, siyasi sabitlik sahəsində və Pakistanın beynəlxalq arenada qlobal iştirakçı kimi potensialında mühüm nəticələr verir. Bütün bunlar gərgin əməyiniz və heyətinizin işi sayəsində mümkün olmuşdur. Bir sözlə, qardaş və dostlarınız kimi, Baş nazir Şərifin müdrik rəhbərliyi ilə Pakistanın nailiyyətlərinə çox sevinirik və fərəhlənirik. Biz qardaşlar kimi bütün gələcək planlarımız və işlərimizdə Sizinlə olacağıq.”
Münasibətlərimiz nəinki xalqlarımız, o cümlədən təmsil etdiyimiz regionlar üçün həqiqətən vacibdir. Pakistan ilə Azərbaycan arasında bu cür qardaşlıq münasibətlərini görmək iki qardaş müsəlman ölkəsi arasında tərəfdaşlığın yaxşı nümunəsidir. Biz beynəlxalq təsisatlarda hər zaman bir-birimizi dəstəkləyirik, ölkələrimizin ərazi bütövlüyünə, suverenliyinə güclü dəstək veririk və qeyd etdiyim kimi, qarşımızda çox geniş sərmayə gündəliyi dayanır. Əminəm ki, bu gün əhatə edəcəyimiz bütün məsələlər, eləcə də bir çox digər sahələr üzrə işimiz Biznes Forumunda davam edəcək və aramızda daha sıx tərəfdaşlıq olacaq. Biz iqtisadi tərəfdaşlığımızı siyasi sahədəki səviyyəyə çatdırmalıyıq və bu, qarşılıqlı siyasi iradənin aydın təzahürünə çevriləcək.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı