Saxta 100 manat verən sürücü tutulub
Abşeronda yanacaqdoldurma məntəqəsinə saxta pul verən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən yanvarın 16-da Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində yanacaq doldurmaq üçün 100 manatlıq saxta əskinas verən taksi fəaliyyəti ilə məşğul olan “Toyota” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Q.Zeniyev saxlanılıb.
Araşdırma aparılır.